/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Nazirlik Aparatı, onun strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların əməkdaşları iştirak ediblər.
Nazirliyin Aparatının Hüquq və kadr məsələləri şöbəsinin Hüquq sektorunun məsləhətçi-hüquqşünası İnci Şirinova çıxış edərək 21 avqust – 21 sentyabr tarixlərinin ölkəmizdə “Sülh aylığı” elan edilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edilib ki, aylığın keçirilməsində məqsəd sülhün və insan hüquqlarının qarşılıqlı əlaqəsi barədə ictimai məlumatlılığın artırılması, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşma imkanlarının genişləndirilməsi, habelə dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, vətəndaş cəmiyyəti institutlarının və geniş ictimaiyyətin bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdə iştirakının təşviq edilməsidir.
Eyni zamanda iştirakçılara cəmiyyətdə sülh mədəniyyətinin təşviqi, insan hüquqlarının qorunması və sosial həmrəyliyin möhkəmləndirilməsinin əhəmiyyəti barədə ətraflı məlumat təqdim edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
#SülhAylığı və #PeaceMonth