/**/
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin əməkdaşları tərəfindən “Korrupsiyaya qarşı mübarizə: hüquqi çərçivə, risklərin idarə olunması, keyslər” mövzusunda təlim təşkil olunub.
Təlim Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının, eləcə də Nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların əməkdaşları üçün keçirilib. Təlimdə 60-dan artıq əməkdaş iştirak edib.
Tədbirdə iştirakçılara korrupsiyaya qarşı mübarizə sahəsində mövcud qanunvericilik bazası, korrupsiya risklərinin müəyyənləşdirilməsi və idarə olunması mexanizmləri, həmçinin praktiki nümunələr əsasında müvafiq keyslər təqdim olunub.
Təlimin əsas məqsədi əməkdaşların korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirilməsi, etik davranış qaydalarına əməl olunmasının təşviqi və bu cür halların qarşısının alınmasıdır.