/**/
"Konstitusiya və Suverenlik İli" çərçivəsində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları könüllü qanvermə aksiyasında iştirak ediblər.
Həkim-hemotoloqlar donorların sağlamlıq vəziyyətini müəyyən etdikdən sonra onlardan qan götürüblər. Toplanan qan ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Qan Bankı və Qanköçürmə Mərkəzində saxlanılmışdır.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə ediləcək. Aksiya qan xəstəliklərindən əziyyət çəkənlərə yardım göstərmək, həmçinin vətəndaşlarda sağlamlıq və humanitar məsuliyyətə diqqətin artırılması məqsədi daşıyıb.