/**/
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Nuhi Abdinov sentyabrın 23-də Şahbuz rayonunda sakinləri qəbul edib.
Qəbul zamanı vətəndaşların məşğulluq, əlillik, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciətləri cavablandırılıb.
Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib.