/**/
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə Ordubad rayonunda sakinləri qəbul edib.
Qəbuldan əvvəl Fərid Bağırzadə və Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, ehtiramlarını bildiriblər.
Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, pensiya, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər.
Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.