/**/
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə Culfa rayonunda sakinləri qəbul edib.
Qəbuldan əvvəl Fərid Bağırzadə və Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, ehtiramlarını bildiriblər.
Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, pensiya, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.
Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.