/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin birgə təşkilatçılığı ilə “Penitensiar müəssisələrdə cəzaçəkmədən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası” mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib.
Çıxış edənlər penitensiar müəssisələrdə hüquqi maarifləndirmənin əhəmiyyəti, bu istiqamətdə aidiyyəti qurumlar tərəfindən görülən işlər və həyata keçirilən monitorinqlər barədə ətraflı məlumat veriblər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları ilə yanaşı, cəzaçəkən şəxslər də iştirak ediblər. Onlara mövzu ilə bağlı hüquqi və sosial adaptasiya məsələləri üzrə ətraflı məlumat verilib, suallar cavablandırılıb.
Maarifləndirmə tədbirinin sonunda qarşılıqlı fikir mübadiləsi aparılıb və iştirakçıların təklifləri dinlənilib.
Bu cür tədbirlər Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının müdafiəsi və penitensiar sistemdə sosial reinteqrasiyanın gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü işlərin tərkib hissəsidir.