/**/
“İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik, iş yerlərinin attestasiyası və işçilərin bədbəxt hadisələrdən icbari sığortası” mövzusunda maarifləndirici təlim təşkil edilib.
Təlim Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində 24 nəfərin iştirakı ilə keçirilib.
Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı və “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsi tərəfindən təşkil olunan təlimdə əməyin mühafizəsi tələbləri, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, müəssisələrdə norma və qaydaların tətbiqi, habelə yeni qəbul edilmiş standartlar barədə iştirakçılara ətraflı məlumat verilib. Eyni zamanda, Mərkəzin fəaliyyət istiqamətləri diqqətə çatdırılıb.
Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.