/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Elməddin Qəribov Naxçıvan şəhərindən olan, 1994-cü ildə şəhid olmuş və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmiş Qulam Ələkbərovun və eyni ildə şəhidlik zirvəsinə yüksələn Abbas Məmmədovun ailələrini ziyarət edib.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!