/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Səfərov 1994-cü ildə Ağdam rayonunda şəhid olan Rəqib Quliyevin, 1999-cu ildə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş Samir Hüseynovun və 2020-ci ildə Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuş Əli Məmmədovun ailələrini ziyarət edib.
Ramin Səfərov şəhid Əli Məmmədovun vətənə əmanət övladı, şəhidin adını daşıyan Əli Məmmədovun doğum günündə iştirak edib, təbriklərini çatdırıb.
Prezident İlham Əliyevin Sərəncamları ilə şəhid Əli Məmmədov III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!