/**/
Naxçıvan Muxtar Respublikasaı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı ilə birgə işəgötürənlər üçün “Əməyin mühafizəsi, texniki təhlükəsizlik, iş yerlərinin attestasiyası, istehsalatda bədbəxt hadisələr və işçilərin icbari sığortası” mövzusunda təlim təşkil edib.
Təlimdə 27 tibb müəssisəni təmsil edən 36 nümayəndə iştirak edib. İştirakçılara mövzu üzrə mövcud qanunvericiliyin tələbləri izah olunub, təqdimat nümayiş etdirilib. Bununla yanaşı, əmək sahəsində qəbul edilmiş yeni standartlar barədə də ətraflı məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq mövzular ətrafında müzakirələr aparılıb.