/**/
Təlim Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı və “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsinin birgə təşkilatçılığı ilə məktəblilər üçün təşkil olunub.
“Əməyin mühafizəsi haqqında ümumi anlayışlar, elektrik və yanğın təhlükəsizliyi, bədbəxt hadisələr zamanı ilkin yardımın göstərilməsi” mövzusuna həsr olunan təlimdə 70-ə yaxın şagird və məktəbin pedaqoji kollektivi iştirak edib.
Təlim zamanı iştirakçılara əməyin mühafizəsi üzrə ilkin anlayışlar, elektrik və yanğın təhlükəsizliyi qaydaları, eləcə də bədbəxt hadisələr zamanı ilkin yardımın göstərilməsi barədə məlumat verilib.
Sonda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.