/**/
“Əməyin mühafizəsi haqqında ümumi anlayışlar, elektrik və yanğın təhlükəsizliyi, bədbəxt hadisələr zamanı ilk yardımın göstərilməsi” mövzusunda keçirilən təlimdə Nazirliyin 34 əməkdaşı iştirak edib.
Təlim zamanı iştirakçılara əməyin mühafizəsinin əsasları, iş yerlərində mövcud təhlükələrin müəyyənləşdirilməsi və qarşısının alınması, elektrik avadanlıqlarından təhlükəsiz istifadə, yanğın zamanı davranış qaydaları, eləcə də bədbəxt hadisələr zamanı ilk yardımın göstərilməsi barədə ətraflı məlumat verilib.
Həmçinin iş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılması, fərdi mühafizə vasitələrindən düzgün istifadə və əməkdaşların əməyin mühafizəsi qaydalarına riayət etməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Təlimin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.