/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin iclası keçirilib. İclasda 2025-ci ilin yanvar-noyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinin qiymətləndirilməsi, Maliyyə və sosial ödənişlər departamentinin gördüyü işlər, Fondun iş planında nəzərdə tutulan tapşırıqların və qarşıda duran vəzifələrin icrasına dair müzakirələr aparılıb. Müvafiq istiqamətlərdə əməli tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.