/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi 27 sentyabr – Anım Günü ilə əlaqədar torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçən qəhrəmanların xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, 27 sentyabr xalqımız üçün həm qəhrəmanlıq, həm də qürur günüdür. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsi daim uca tutulur, onların şücaəti gələcək nəsillərə örnəkdir.