/**/
“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar keçirilən yarışda Nazirlik Aparatı, onun sturkturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların əməkdaşlardan ibarət 12 komanda qalib olmaq üçün mübarizə aparıb. İştirakçılar konstitusiya, dünyagörüşü, idman və mədəniyyət sahələrinə dair sualları cavablandıraraq öz bacarıqlarını nümayiş etdiriblər. Maraqlı və gərgin rəqabət şəraitində keçən yarışın yekununda Nazirlik Aparatının “Zəngəzur dəhlizi” komandası ən yüksək xalı toplayaraq qalib olub. II yerdə Dövlət Məşğulluq Agentliyinin “Zəngəzur” komandası, III yerdə Dövlət Sosial Müdafiə Fondunun “Dəmir yumruq” komandaları qərarlaşıblar.
İlk üçlükdə qərarlaşan komandalara Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə diplomlar təqdim edib, xatirə şəkili çəkdirilib.