/**/
İclasda, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə bildirib ki, cari ildə pensiya, müavinət və təqaüdlərdə edilmiş artımlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həssas əhali qruplarına qayğısının növbəti təzahürüdür.
Kollegiya iclasında əmək, məşğulluq və sosial müdafiə sahələrində 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.