/**/
"Naxçıvan Muxtar Respublikasında həssas qrupdan olan əhalinin sosial müdafiəsinin gücləndirilməsi üzrə İşçi Qrupu”nun onlayn iclası keçirilib.
İclasda İşçi Qrupun Tədbirlər Planının layihəsində müvafiq kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə müəyyən edilmiş əsas istiqamətlər, eləcə də həmin istiqamətlər üzrə konkret icra mexanizmləri barədə məlumat verilib və müzakirələr aparılıb.
İclasın sonunda Tədbirlər Planının layihəsinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə təqdim edilməsi qərara alınıb.