/**/
Naxçıvan Muxtar Respublikasında da sosial ödənişlərin elektron sistemlər üzərindən proaktiv təyinatı mexanizmləri fəaliyyət göstərir.
Muxtar Respublikada artıq 5 mindən çoxu pensiya, 17 mindən çoxu müavinət, 6 mini təqaüd təyinatı olan 28 mindən çox təyinat proaktiv qaydada aparılıb.
Nəticədə həmin sosial ödənişlərə hüququ yaranmış şəxslərin müraciətinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan, elektron sistemlər üzərindən proaktiv qaydada bu ödənişlərin təyinatı həyata keçirilib.