/**/
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici görüş keçirilib. Tədbirdə universitetin Sosial iş və Psixologiya ixtisasının müəllimləri və tələbələri iştirak ediblər.
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini və Agentliyin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin əməkdaşları Mərkəzin fəaliyyəti barədə iştirakçılara məlumat veriblər. İnsan alverinə şərait yaradan amillər, insan alveri qurbanlarının yaşadığı sosial-psixoloji çətinliklər və.s haqqında ətraflı məlumat verilib. Eyni zamanda, insan alverinə qarşı mübarizə sahəsində mövcud hüquqi mexanizmlər iştirakçıların diqqətinə çatdırılıb. Sonda mövzu ilə bağlı tələbələrin suallarını cavablandırılıb.