/**/
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin Uşaq Bərpa Mərkəzinin benefisiarları üçün Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında “Özgəyə quyu qazan” tamaşası nümayiş olunub.
Tamaşanı 40-a yaxın benefisiar izləyib.
Dostluq, dürüstlük və xeyirxahlıq kimi mənəvi dəyərləri təbliğ edən tamaşa azyaşlıların marağına səbəb olub və onlarda xoş təəssüratlar yaradıb.
Tədbirin keçirilməsində məqsəd benefisiarların asudə vaxtlarının səmərəli təşkili, onların mədəni-estetik dünyagörüşünün inkişafına dəstək göstərilməsi və uşaqlar üçün bayram əhval-ruhiyyəsinin yaradılması olub.