/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini, İdarə Heyəti sədri vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Naib Əlizadə Şərur rayonundan olan, 1994-cü ildə şəhid olmuş Asif Axundovun, 2017-ci ildə şəhid olmuş Vüsal Ağayevin və 2020-ci ildə Şuşa şəhəri istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan Mərhəmət Əhmədovun ailələrini ziyarət edib.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid Mərhəmət Əhmədov III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!