/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini, İdarə Heyəti sədri vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Naib Əlizadə Culfa rayonunda yaşayan, 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi ərazisində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan Kənan Rzayevin ailəsini ziyarət edib.
Naib Əlizadə şəhid Kənan Rzayevin vətənə əmanət övladı Əli Rzayevin doğum günündə iştirak edib, təbriklərini çatdırıb.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid Kənan Rzayev “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə", “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!