/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Naib Əlizadə 2020-ci ildə Qubadlı rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan Əli Məmmədovun ailəsini ziyarət edib.
Naib Əlizadə şəhid Əli Məmmədovun vətənə əmanət övladı, şəhidin adını daşıyan Əli Məmmədovun doğum günündə iştirak edib, təbriklərini çatdırıb.
Prezident İlham Əliyevin Sərəncamları ilə şəhid Əli Məmmədov III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!