/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini, İdarə Heyəti sədri vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Naib Əlizadə Naxçıvan şəhərindən olan, 2009-cu ildə Ordubad rayonunda şəhid olmuş Niyaməddin Əkbərovun, 2020-ci ildə Kəlbəcər rayonunda şəhid olmuş mayor Rahib Babayevin və 2023-cü ildə Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan baş leytenant İbrahim Qasımovun ailələrini ziyarət edib.
Naib Əlizadə şəhid, baş leytenant İbrahim Qasımovun vətənə əmanət övladı Malik Qasımovun doğum günündə iştirak edib, təbriklərini çatdırıb.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid, mayor Rahib Babayev “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları, şəhid, baş leytenant İbrahim Qasımov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif ediliblər.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!