/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini, İdarə Heyəti sədri vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Naib Əlizadə Kəngərli rayonundan olan, 1992-ci ildə şəhid olmuş Müşfiq Səfərovun, 1994-cü ildə şəhid olmuş Kamran Məmmədovun və 2020-ci ildə Qubadlı rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan Elməddin Həsənovun ailələrini ziyarət edib.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid Elməddin Həsənov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!