/**/
Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının təşkilatçılığı ilə Naxçıvan Regional Peşə Hazırlığı Mərkəzində növbəti maarifləndirmə təlimi keçirilib.
Mühafizəçi peşə kursuna cəlb olunmuş müdavimlər üçün təşkil edilən təlim “Əməyin mühafizəsi haqqında ümumi anlayışlar, elektrik və yanğın təhlükəsizliyi, bədbəxt hadisələr zamanı ilk yardımın göstərilməsi” mövzusuna həsr olunub.
Təlimdə 1 təlimçi və 17 müdavim olmaqla ümumilikdə 18 nəfər iştirak edib.
İştirakçılara əməyin mühafizəsinin əsas prinsipləri, elektrik və yanğın təhlükəsizliyi qaydaları, iş prosesində yarana biləcək təhlükələrin qarşısının alınması, eləcə də bədbəxt hadisələr zamanı ilkin yardımın düzgün və operativ şəkildə göstərilməsi barədə məlumat verilib.
Sonda mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.