/**/
İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən görüşdə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin aparat rəhbəri İlhamə Nəzərova, Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə MPK-nın rəsmiləri iştirak ediblər.
Qeyd edək ki, ötən ilin sonu Sumqayıtda təşkil edilən Uşaq Paralimpiya Oyunlarında Naxçıvan Muxtar Respublikasından gələn parapauerliftinq və parastolüstü tennis üzrə yeniyetmə paralimpiyaçılar da mübarizə aparıb.