/**/
Seminar Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin təlimçiləri tərəfindən aparılıb.
Seminarda autizm sindromlu uşaqların psixoloji vəziyyəti, onların bir-birləri ilə qarşılıqlı münasibəti, davranışları və sosial yönümlü fəaliyyətlərdə iştirakı haqqında məlumatlandırma slaydlar vasitəsilə nümayiş olunaraq iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir müvafiq kateqoriyadan olan uşaqlarla pedaqoji və psixoloji işin təşkili zamanı metodistlərin qarşılaşdıqları müəyyən çətinliklərin aradan qaldırılması məqsədini daşıyıb. 30-dan artıq ümumtəhsil və məktəbəqədər təhsil müəssisəsindən 50-yə yaxın əməkdaşının iştirak etdiyi tədbirdə mövzu ilə bağlı suallar cavablandırılıb.