/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Penitensiar Xidmətinin birgə təşkilatçılığı ilə “Cəza çəkən şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların sosial vəziyyətinin qiymətləndirilməsi, hüquqi və psixoloji dəstəyin göstərilməsi mövzusunda maarifləndirici tədbir keçirilib.
Penitensiar Xidmətin Strateji Planlaşdırma və Monitorinq Şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov cəza çəkən şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb, onların cəmiyyətə reinteqrasiyasının vacibliyini vurğulayıb.
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Həsən Abbasov və Nazrilik yanında Dövlət Məşğulluq Agentliyinin sədr müavini Heydər Quliyev çıxış edərək sosial xidmətlərin əhəmiyyəti, məhkumların sosial vəziyyətinin qiymətləndirilməsi və onlara göstərilən hüquqi-psixoloji dəstək mexanizmləri barədə ətraflı məlumat veriblər.
Tədbirin sonunda sosial müdafiə ilə bağlı müraciət edən məhkumların sualları cavablandırılıb, onların problemlərinin həlli istiqamətində müvafiq izahatlar təqdim olunub.