/**/
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində təşkil olunan sosial-maarifləndirici tədbirdə benefisiarlar “At, tülkü, köstəbək və insan” adlı animasiya filminə baxıblar.
Sadə və duyğusal üslubda təqdim olunan animasiya filmi uşaqların daxili dünyasına toxunaraq onların emosional inkişafına müsbət təsir göstərir, sosial münasibətlərə baxışlarını zənginləşdirir və psixoloji dayanıqlılıqlarının güclənməsinə dəstək olur.
Uşaqlarda dostluq, empatiya, mərhəmət, özünü dəyərli hiss etmə, eləcə də çətinliklərə baxmayaraq ümidini itirməmək kimi mühüm mənəvi dəyərlərin formalaşdırılmasına töhfə vermək məsədi daşıyan film nümayişində 40-a yaxın benefisiar iştirak edib.
Qeyd edək ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi tərəfindən benefisiarlar üçün təşkil olunan bu cür maarifləndirici təşəbbüslər mütəmadi şəkildə davam etdirilir.