/**/
Tədbirdə Mərkəzin benefisiarlarının iştirakı ilə onların müxtəlif mövzular üzrə hazırladıqları əl işlərindən ibarət sərgiyə baxış təşkil olunub. Ardınca Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər – Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə, Vətən müharibəsi şəhidi baş leytenant Raqib Hüseynovun anası Rəna xanım Hüseynova və müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxs Mirkənan Seyidov – 2020-ci ilin 27 sentyabrında başlayan və Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatan Vətən müharibəsinin xalqımızın yaddaşında əbədi tarixə çevrildiyini xüsusi vurğulayıblar.
Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi qətiyyətli addımlar, güclü ordu quruculuğu və xalq-ordu birliyi nəticəsində Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq 30 illik işğala son qoydu.
Sonda tədbir iştirakçıları “27 Sentyabrdan Qələbəyə doğru – Qarabağ müharibəsi” adlı sənədli filmə baxıblar.