/**/
“Valideyn baxış bucağının rəsm analizi ilə qiymətləndirilməsi” adlanan layihənin məqsədi əqli potensialı zəif uşaqların valideynlərinin övladlarını necə qəbul etdiklərini, onlara münasibətlərini və emosional dünyalarını rəsmlər vasitəsilə üzə çıxarmaqdır.
Psixoloqun rəhbərliyi ilə valideynlər ailə mövzusunda rəsmlər çəkiblər, həmin rəsmlərin analizi isə onların övladlarına yanaşmasını və hisslərini anlamağa kömək edəcək. Bu yanaşma ailə bağlarının daha dərindən dərk edilməsinə və valideynlərə fərdi psixoloji dəstək proqramlarının hazırlanmasına şərait yaradacaq.
Layihədə könüllü olaraq psixoloq Çinar Hacıyev iştirak edir. Onun iştirakı ilə aparılacaq rəsm analizi valideynlərin duyğularını ifadə etmək üçün maraqlı bir fürsət olacaq.