/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Kəngərli və Sədərək rayonlarında yaşayan əlilliyi olan bir sıra şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib. Onlara mexaniki təkərli oturacaq, əsa, dirsəkaltı və qoltuqaltı ağac, protez üçün corab və s.olmaqla ümumilikdə 11 şəxsə 27 ədəd reabilitasiya vasitəsi verilib.
Səyyar reabilitasiya xidmətinin əsas məqsədi müvafiq kateqoriyadan olan şəxslərin gündəlik həyat şəraitinin yaxşılaşdırılması, onların sosial reabilitasiyasının təmin edilməsi və cəmiyyətə fəal inteqrasiyasına dəstək göstərilməsidir.
Bu istiqamətdə həyata keçirilən tədbirlər sosial həssas əhali qruplarının rifahının yüksəldilməsinə, dövlətin sosial siyasətinin icrasında inklüzivliyin gücləndirilməsinə xidmət edir.