/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Elməddin Qəribov 1992-ci ildə Sədərək rayonunda şəhid olan Məhəmməd Əliyevin, 2004-cü ildə Füzuli rayonunda şəhid olan gizir Rövşən Novruzovun və 2020-ci ildə Tərtər rayonunda Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn mayor Fuad İsmayılovun ailələrini ziyarət edib.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid, mayor Fuad İsmayılov III dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "İgidliyə görə", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!