/**/
Xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Kəngərli rayonunda maarifləndirici görüş təşkil olunub. Görüş Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarından irəli gələrək yaradılmış “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi” üzrə İşçi Qrupun Tədbirlər Planı çərçivəsində həyata keçirilib.
Kəngərli rayon İnzibati Ərazi Dairələri üzrə Nümayəndəliklərin məsul şəxslərinin iştirakı etdiyi görüşdə mövcud sosial müdafiə mexanizmləri, özünüməşğulluq imkanları, sosial yardım təyinatı üçün tələb olunan prosedurlar barədə ətraflı məlumat verilib. Sosial cəhətdən həssas əhali qruplarının mövcud sosial müdafiə mexanizmlərinə əlçatanlığının təmin olunması istiqamətində ortaya çıxan suallar cavablandırılıb və praktiki tövsiyələr təqdim olunub.