/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Özünüməşğulluğun təşkili və peşə hazırlığı şöbəsi” peşəyönümü məsləhət xidməti çərçivəsində maarifləndirmə tədbirlərini davam etdirir. İxtisas seçimi və karyera planlamasına dair bu ilin ilk maarifləndirmə tədbirinə Kəngərli rayonunun orta məktəb şagirdlərinin iştirakı ilə start verilib.
Tədbir Kəngərli rayon, Qarabağlar kənd 2 nömrəli və Xok kənd tam orta məktəblərində keçirilib. Maarifləndirmə sessiyalarında şagirdlərə gələcək peşə və ixtisas seçiminin əsas meyarları, əmək bazarının tələbləri, karyera hədəflərinin müəyyənləşdirilməsi və planlaşdırılması barədə məlumat verilib.
Ümumilikdə 371 şagird - o cümlədən 187 nəfər 5-7-ci sinif, 184 nəfər isə 8-11-ci sinif şagirdləri-peşəyönümü mövzusunda məlumatlandırılıb, onların ixtisas seçimi ilə bağlı sualları cavablandırılıb.
Peşəyönümü məsləhət xidmətləri gələcəkdə də digər ümumtəhsil müəssisələrində davam etdiriləcək.