/**/
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində keçirilən tədbirdə 22 nəfər iştirak edib.
Təlim çərçivəsində müvafiq sahə üzrə mütəxəssislər tərəfindən təqdimatlar nümayiş etdirilib, əməyin mühafizəsi tələbləri, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, müəssisələrdə norma və qaydaların tətbiqi, habelə yeni qəbul edilmiş milli standartlar barədə ətraflı məlumat verilib. Eyni zamanda, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, il ərzində ümumilikdə 695 müəssisənin 1 424 nəfər nümayəndəsinin iştirakı ilə 50 maarifləndirici təlim təşkil edilib.