/**/
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə Şahbuz rayonun Şahbuzkənd kəndindən olan şəhid, kapitan Bayramlı Cavid Əhliman oğlunun ailəsini ziyarət edib.
Fərid Bağırzadə şəhid anası Sədaqət xanım Rüstəmovanı 60 illik yubileyi münasibətilə təbrik edib.
Şəhid, kapitan Cavid Bayramlı xidməti illərində III dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley, “Sərhəd Mühafizəsinin 95 illiyi” yubiley, “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi” yubiley, “Zəngilanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
Görüşdə şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Fərid Bağırzadə şəhidlərimizin, o cümlədən Cavid Bayramlı xatirəsinin əbədi olaraq qəlbimizdə yaşayacağını, ailəsi ilə bağlı sosial dəstək tədbirlərinin qarşıdakı dövrdə də davam edəcəyini vurğulayıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!