/**/
Naxçıvan şəhər Əkbər Ağayev adına 8 nömrəli tam orta məktəbdə “Əməyin mühafizəsi haqqında ümumi anlayışlar, elektrik və yanğın təhlükəsizliyi, bədbəxt hadisələr zamanı ilk yardımın göstərilməsi” mövzusunda növbəti maarifləndirmə təlimi təşkil olunub.
Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı və “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə keçirilən təlimdə 35 nəfər iştirak edib.
Təlim çərçivəsində iştirakçılara əməyin mühafizəsi üzrə ümumi anlayışlar, elektrik və yanğın təhlükəsizliyi qaydaları, bədbəxt hadisələr zamanı ilkin yardımın göstərilməsi barədə ətraflı məlumat verilib. Bununla yanaşı, mövzu ilə bağlı vacib məqamlar iştirakçıların diqqətinə çatdırılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.