/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserində maarifləndirici təlim keçirilib.
“Əməyin mühafizəsi və qeyri-formal məşğulluğun qarşısının alınması” mövzusunda keçirilən təlimdə Dispanserin 34 əməkdaşı iştirak edib.
Təlim zamanı qeyri-formal məşğulluğun yaratdığı risklər, bu sahədə mövcud problemlər və onların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Həmçinin əməyin mühafizəsinin əsas prinsipləri, elektrik və yanğın təhlükəsizliyi qaydaları, iş prosesində yarana biləcək təhlükələrin qarşısının alınması, eləcə də bədbəxt hadisələr zamanı ilkin tibbi yardımın düzgün və operativ göstərilməsi barədə məlumatlar diqqətə çatdırılıb.
Sonda mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.