/**/
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı və Culfa Rayon İcra Hakimiyyəti ilə birgə işəgötürənlər üçün “Əməyin mühafizəsi, texniki təhlükəsizlik və iş yerlərinin attestasiyası” mövzusunda təlim təşkil edib.
Təlimdə 23 müəssisəni təmsil edən 31 nümayəndə iştirak edib. İştirakçılara mövzu üzrə mövcud qanunvericiliyin tələbləri izah olunub, təqdimat nümayiş etdirilib. Bununla yanaşı, əmək sahəsində qəbul edilmiş yeni standartlar barədə də ətraflı məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq mövzular ətrafında müzakirələr aparılıb.