/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının təşkilatçılığı ilə keçirilən 7 maarifləndirmə tədbirində dövlət və özəl sektoru təmsil edən 7 işəgötürənin ümumilikdə 389 nümayəndəsi iştirak edib.
Tədbirlər Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-nin Babək, Şərur, Sədərək, Ordubad, Culfa, Şahbuz, Kəngərli rayon şöbə və sektorlarında təşkil olunub.
İştirakçılara əmək münasibətlərinin tənzimlənməsi, işçi-işəgötürən münasibətlərinin qurulması, əməyin mühafizəsinin əsas prinsipləri, əməyin mühafizəsi sahəsində dövlət standartlarının tətbiqinin iş yerlərində təhlükəsizlik səviyyəsinin yüksəldilməsində rolu, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasının əhəmiyyəti, eləcə də “Vision Zero” konsepsiyasının əsas prinsipləri diqqətə çatdırılıb.
Sonda müzakirə olunan mövzularla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.