/**/
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 22 İyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə təşkil olunan “Media-aktiv” layihəsi uğurla yekunlaşıb.
Layihənin əsas məqsədi media nümayəndələri arasında sağlam və aktiv həyat tərzinin təşviqi, qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, eyni zamanda Milli Mətbuat Gününün 150 illik yubileyinin birgə və mənalı şəkildə qeyd olunmasını təmin etmək olub.
Qeyd edək ki, iyulun 10-da “Nə? Harada? Nə zaman?” intellektual oyunu ilə start götürən layihə çərçivəsində stolüstü tennis, şahmat və futzal üzrə yarışlar da təşkil edilib.
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti əməkdaşlarından ibarət “Sosial Press” komandası “Nə? Harada? Nə zaman?” intellektual oyununun qalibi olub, “Media team” komandası isə futzal turnirində birinci yeri tutub.
Yarış qaliblərinə mükafatlar Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Məcid Seyidov tərəfindən təqdim edilib.