/**/
“Konstitusiya və Suverenlik İli”nin qeyd olunması, əməkdaşlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədi daşıyan birincilik başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə, eləcə də Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Məcid Seyidov çıxış edərək iştirakçıları salamlayıblar. Onlar ölkəmizdə uğurla həyata keçirilən idman siyasətindən, “Konstitusiya və Suverenlik İli”nin əhəmiyyətindən bəhs edib və iştirakçılara uğurlar arzulayıblar.
İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən birincilikdə Nazirliyin 6-sı qadın, 22-si kişi olmaqla ümumilikdə 28 əməkdaşı iştirak edib.
Olimpiya sistemi üzrə keçirilən yarışın sonunda xanım əməkdaşlar arasında Sahilə Məmmədova (DSMF) birinci, Şəbnəm Hüseynova (Nazirlik Aparatı) ikinci, Günel Mustafayeva (SXA) isə üçüncü yerin sahibi olublar. Kişi əməkdaşlar arasında isə Elmin Mustafa (DSMF) birinci, Təmkin Quliyev (DMA) ikinci, Aqşin Kamilli (DMA) üçüncü yerə layiq görülüblər.
Yarışın sonunda qaliblərə kubok və diplomlar təqdim olunub, daha sonra xatirə şəkli çəkdirilib.