/**/
“İnsan Hüquqları Aylığı" çərçivəsində keçirilən tədbir Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə keçirilib.
Maarifləndirici görüşdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının əməkdaşları tərəfindən çıxışlar edilib, iştirakçılara Azərbaycan Respublikası Əmək Məcəlləsində və əmək qanunvericiliyində nəzərdə tutulan əsas norma və tələblər barədə ətraflı məlumat verilib.
İş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması yolları, əmək mühafizəsi sahəsində tətbiq edilən mexanizmlər və Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri ilə bağlı iştirakçılar məlumatlandırılıb.
Tədbirdə 26 dövlət və qeyri-dövlət müəssisəsini təmsil edən 30 nümayəndə iştirak edib. Görüş iştirakçılarının əmək münasibətləri, hüquq və vəzifələrinə dair ünvanladıqları suallar mütəxəssislər tərəfindən cavablandırılıb.
Bu cür tədbirlərin əsas məqsədi əmək hüquqlarının təşviqi, əmək mühitində qanunvericiliyin icrasının gücləndirilməsi və işçilərlə işəgötürənlər arasında hüquqi maarifləndirməni artırmaqdır.