/**/
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin və Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının əməkdaşlarının mövzu ilə bağlı çıxışları dinlənilib.
Görüş zamanı iştirakçılara əmək qanunvericiliyində nəzərdə tutulan istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günü işçilərin işə cəlb olunmasının yolverilməzliyi barədə ətraflı məlumat verilib. Daha sonra əməyin mühafizəsi və qeyri-formal məşğulluğun qarşısının alınması barədə qanunvericiliyin tələbləri iştirakçıların diqqətinə çatdırılıb.
29 dövlət və qeyri-dövlət müəssisədən 30 nümayəndənin iştirak etdiyi tədbirdə müzakirə olunan mövzularla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.