/**/
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov Şərur rayonundan olan, 1994-cü ildə Ağdam rayonunda gedən döyüşlər zamanı şəhid olmuş Saleh Əhmədovun, 2018-ci ildə “Günnüt” əməliyyatı zamanı şəhid olmuş Novruz Həsənlinin və 2020-ci ildə Qubadlı rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksələn Əli Məmmədovun ailələrini ziyarət edib.
Prezident İlham Əliyevin Sərəncamları ilə şəhid Əli Məmmədov III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!