/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov Naxçıvan şəhərindən olan, 2020-ci ildə Qubadlı rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksələn mayor Elşən Orucovun ailəsini ziyarət edib.
Elnar Hüseynov şəhid, mayor Elşən Orucovun vətənə əmanət övladı Günəş Orucovanın doğum günündə iştirak edib, təbriklərini çatdırıb.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid, mayor Elşən Orucov "Azərbaycan Bayrağı" ordeni, “İgidliyə görə”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!