/**/
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov Ordubad rayonundan olan, 2009-cu ildə şəhid olmuş Sərxan Quliyevin, 2020-ci ildə Laçın rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş baş leytenant Namiq Xəlillinin və eyni ildə Şuşa şəhəri istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksələn kapitan Ülvü Hüseynovun ailələrini ziyarət edib.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid, baş leytenant Namiq Xəlilli “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları, şəhid, kapitan Ülvü Hüseynov “Qarabağ” ordeni, III dərəcəli "Hərbi xidmətlərə görə", “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunublar.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!